ƏMƏL DƏFTƏRİ

insanların dünyada törətdikləri yaxşı və ya pis əməllərin yazıldığı və axirətdə təkrar özlərinə təqdim olunacağı dəftərin adıdır. Qiyamət günü hər bir insana bu dəftər veriləcəkdir (Quran,17: 13-14). Kiramən-katibin, Həfəzə, Rüsul, Raqib və Atid adlı mələklərin yazdığı bu kitabda insanın törətdiyi pis və yaxşı bütün əməllər yer alacaqdır (Quran, 18:49). Əməl dəftərləri cənnət əhlinə sağdan, cəhənnəm əhlinə soldan və ya arxadan veriləcəkdir. Dəftərləri sağdan verilənlər Quranda əshabul-yəmin; soldan və ya arxadan verilənlər isə əshabuş-şimal adlandırıllar (Quran, 69: 19, 25; 84: 7, 10). Dəftərin sağdan verilməsi müjdə, soldan ya da arxadan verilməsi isə qorxu və əzaba işarədir.
ƏLYƏSƏ
ƏMƏVİLƏR
OBASTAN VİKİ
Əməl Kluni
Əməl Kluni (qızlıq soyadı Ələməddin, ing. Amal Clooney, ərəb. أمل كلوني‎; 3 fevral 1978, Beyrut, Livan) — Londonda yaşayan Livan əsilli Britaniya vəkili, fəalı və müəllifdir. Əməl Kluni Livanın Beyrut şəhərində anadan olmuşdur. 1980-ci ildə Livan vətəndaş müharibəsi əsnasında ailəsi Londona köçmüşdür. Atası Rəmzi Ələməddin əslən Şuf vilayətindən olan druz ərəb, Liviyada doğulmuş anası Bərə Ələməddin isə əslən livanlı sünni ərəb ailəsindəndir. Əməl Klunin ana dili ərəb dilidir. Hollivud aktyoru Corc Kluninin həyat yoldaşıdır. 2000-ci ildə Kluni Oksford Universitetinin tərkibindəki Sent-Hyuz kollecinin hüquq fakültəsini bitirmişdir. Sonra təhsilini Nyu-York Universitetinin Ali hüquq məktəbində davam etmişdir.
Əməl Sayın
Emel Sayın (Türk. Emel Sayın; 20 noyabr 1945, Sarqışla, Sivas ili) — Türk müğənni.
Ölüm dəftəri
Death Note (デスノート, Desu Nōto, azərb. Ölüm dəftəri‎) — Tsuqumi Oba (yazıçı) və Takeşi Obata (rəssam) tərəfindən yaradılmış 13 cildlik manqa və eyni adlı anime serial, bir neçə tam metrajlı və bədii film, ranobe və videooyunlar. Manqanın 108 fəsili əvvəldən Shueisha nəşriyyatın tərəfindən çap edilən Weekly Shōnen Jump jurnalında 2003-cü ilin dekabr ayından bəri 2006-cı ilin may ayına gədər nəşr edilmişdir. Bundan əlavə, manqa Yaponiyada 12 cild tankobon şəkildə 2004-cü ilin may ayından bəri 2006-cı ilin oktyabr ayına qədər çap edilmişdir. Orta məktəb şagirdi 17 yaşlı Yaqami Layt (yap. 夜神 月; bəzi tərcümələrdə Layt Yaqami ing. Light Yagami) Ryuk adlı ölüm tanrısının əyləncə xatirinə dünyaya atdığı Death Note adlı dəftəri tapır. Kimin adı bu dəftərə yazılsa həmin adam 40 saniyə içində ölür. Ancaq gərək adı yazarkən həmin insanın üzünü də xəyalından keçirəsən. Bundan əlavə həmin dəftərə bir dəfə də olsun ad yazan şəxs öldüyü zaman nə cənnətə, nə də cəhənnəm gedir.
Fərhad Dəftəri
Fərhəd Dəftəri (1938) Belçika əsilli İran-Britaniya İslam və Şərq tarixçisidir. Londonda İsmailiyyə Araşdırmaları İnstitutunda direktor müavini, tədqiqatlar və nəşrlər şöbəsinin rəhbəri. London, Tehran, Roma və Vaşinqtonda təhsil alıb. Amerika Universitetində liberal sənətlər üzrə bakalavr və magistr, 1971-ci ildə Berkli Kaliforniya Universitetində İslamşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsi alıb. 1988-ci ildən İsmailiyyəşünaslıq İnstitutunda çalışır. Şiə tarixi, xüsusən də İsmaillik sahəsində avtoritet. 2011-ci ildə Festfont mükafatına layiq görülüb. “İranika”, “İslamika” ensiklopediyalarının müəlliflərindən biri və həm redaktoru, “Böyük Rus Ensiklopediyası” və “İslam Ensiklopediyası”nın müəlliflərindən biri və İsmayıliyyəyə həsr olunmuş üç seriyalı kitabların baş redaktoru. Ensiklopediyalarda və elmi jurnallarda 200-dən çox məqalənin müəllifidir. Daftary Farhad.
Mühümmə dəftəri (1590)
Mühümmə dəftəri — tarixi sənəd, III Sultan Muradın hökmü. 1590-cı ildə İstanbul sülhünün nəticələrinə görə, Azərbaycan Osmanlıları və Səfəvilər arasında bölüşdürülükdən sonra verilmişdir. Həmin sənədə əsasən Gəncə-Qarabağ ərazisindəki qıtlığı aradan qaldırmaq üçün Naxçıvandan çıxarılan hər bir davara görə İrəvan yaxınlığında bir səmimi (pul vahidi), Göyçənin Balıqlı adı yerində isə daha bir səmimi alınmasına yol verilmirdi. Çünki kasıb camaat çətinliyi düçar olur və bahalıq artırdı.Sənəddə göstərilirdi ki, İrəvan və Göyçə bəyləri bu pulun alınmasına görə "dəfələrlə tənbeh olunmalarına baxmayaraq", həmin "bac" yenə də yığılmaqda davam edir. Hökmün sonunda hər bir davara görə qədim qanun əsasında vergi alınması barədə Osmanlı sultanının qəti tapşırığı nəzərə çarpdırılır. Oqtay Əfəndiyev, Şahin Fərzəlibəyli,1590-cı il və 1724-cü illərə aid Naxçıvanla əlaqədar iki tarixi sənəd haqqında,Naxçıvan tarixinin səhifələri(müqavilə toplusu),Bakı,1996. Naxçıvan Ensiklopediyası. Bakı. 2002. səh.
Əhməd Mətin-Dəftəri
Əhməd Mətin-Dəftəri (1897-1971) — İranın baş naziri. Əhməd xan Mətin-Dəftəri 1897-cı ildə Mirzə Məhəmməd xan Eynülməmalikin ailəsində, Tehran şəhərində anadan olmuşdu. Mətinəddövlə ləqəbini daşıyırdı. Əhməd Mətin Dəftəri 26 oktyabr 1939 –cu ildən 26 iyun 1940-cı ilədək İranın baş naziri olmuşdu. Beynəlxalq vəziyyətin gərginləşməsi və müharibə təhlükəsinin İran sərhədlərinə yaxınlaşması ərəfəsində Rza şah bəzi siyasi manevrlərə əl atmışdı. O, əvvəlcə almanpərəstlik səpgisində söz-söhbətə səbəb olmuş Mahmud Cəmi paniranist Əhməd Mətin Dəftərlə əvəz etdi. Bundan əvvəl isə Məclis rəisi Daniş Möhtəşəm əlsəltənəni Berlinə, Hitlerlə görüşə göndərmişdi. Diplomatiya sahəsində görülmüş tədbirlər qızışmaqda olan müharibənin İrana doğru istiqamətini səngidə bilmirdi. İranda almanların müxtəlif sahədə üstün mövqeyi müttəfiqlərə bəlli idi. Müharibə ərəfəsində İranın xarici ticarət dövriyyəsinin 80 faizi almanların payına düşürdü.
London qeyd dəftəri (Motsart)
London qeyd dəftəri Volfqanq Amadey Motsart tərəfindən 1764-1765-ci illərdə, Motsart ailəsi ilə birlikdə Londonda səfərdə olarkən yazılmış qırx üç ədəd eskizlər və fraqmentlər toplusudur. Yenicə musiqi fəaliyyətinə başlayan gənc Motsart heç kimdən asılı olmadan, müstəqil surətdə musiqini öyrənmək məqsədilə qələm və mürəkkəbdən istifadə etməklə bu qeydləri yazmışdır. Bununla yanaşı, atası Leopold tərəfindən yalnız qələmlə edilən düzəlişlər bəzi qeydlərdə aydın şəkildə görünür. Parçaların çoxu son dərəcə qısa, normal olaraq qırx saniyədən bir dəqiqə arasında, bəziləri dörd dəqiqəyədək davam edir. (məsələn, KV 15t).
Ölüm dəftəri (film, 2017)
Ölüm dəftəri — Tsuqumi Oba və Takeşi Obatanın eyni adlı manqanın əsasında çəkilən Adam Uinqard rejissorun ABŞ fantastik qorxu triller filmi. Netflix tərəfindən 2017-ci ilin avqustun 25-də buraxılıb. 2007-ci ildə Malaziyanın The Star qəzetində qeyd olunub ki, ABŞ-də ondan çox film şirkəti Death Note franşizin film adaptasiyasını çəkməkdə maraqlıdır. Əvvəlcə ABŞ-nin Vertigo Entertainment şirkəti remeyk eləməli idi. Çarli və Vlas Parlapanides ssenarinin müəllifləri, Roy Li, Duq Deyvison, Dan Lin və Brayn Uitten isə prodüserləri olmalı idilər. 2009-cu ilin aprelin 30-da Variety jurnalı elan edib ki, yapon film versiyasının distribütori olan Warner Bros. remeyk eləmək üçün müəllif hüquqları əldə edib. Ssenari müəllifləri ilə prodüserlər isə eyni qalıb. 2009-cu ildə Zak Efron onun filmdə baş rolda oynadığı haqqındakı şayiəni inkar edib. 2011-ci ilin yanvarın 13-də elan olunub ki, Şeyn Blək filmin rejissoru, ssenari müəllifləri isə Entoni Baqarotzi ilə Çarls Mondri olacaq.
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri
Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri (türk. Gence-Karabağ eyaletinin Mufassal Defteri) — Osmanlı İmperiyası hakimiyyəti dövründə Gəncə-Qarabağ əyalətində gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə yaradılmış özündə statistik məlumatları əks etdirən sənəd. Osmanlı dövlətinin Gəncə-Qarabağ bölgəsini 1725-ci ildə ələ keçirməsindən sonra vergi yığmaq məqsədilə 1727-ci ildə hazırlanan «Gəncə-Qarabağ əyalətinin müfəssəl dəftəri»ndə Gəncə-Qarabağ əyalətinin kəndlərində nə qədər adamın yaşadığını, onların adı, milli və dini mənsubiyyəti göstərilirdi. Qanunnamə ilə başlayan dəftərdə ərazi-inzibati vahidlərə və onlara tabe olan yaşayış məskənlərinə görə vergi mükəlləfiyyəti daşıyanların adı, atasının adı, ailə vəziyyəti, bəzi hallarda isə, xüsusilə şəhərlilər üçün, peşəsi haqqında məlumat verildikdən sonra əvvəlcə onların əkib-becərdikləri dənli bitkilərdən natural verginin həcmi və ağca ilə dəyəri sonra isə bağ-bostan, arı pətəkləri, işləyən dəyirmanlar, hevyanlar üçün ödənən vergilərin və s. dəyəri yazılırdı. Hər il əyalətdən illik gəlir barədə verilən məlumatlar dövlət dəftərxanasında yoxlanılır, əgər hər hansı bir səbəbdən çatışmazlıq ortaya çıxardısa, böyük vəzirin sədrliyi ilə iclasları keçirilən Divanın çıxardığı qərara əsasən vəziyyətin yoluna qoyulması haqqında əyalətin bəylərbəyinə "buyuruldu", "hökm" və s. göndərilirdi. Səbəb daha ciddi olduğu təqdirdə, məsələyə sultanın özü müdaxilə edərdi. İki nüsxə olan bu dəftərlərdən biri aidiyyəti olduğu əyalətdə, digəri isə İstanbulda, dövlət dəftərxanasında saxlanılırdı. Hal-hazırda yeganə nüsxəsi İstanbulda Başbakanlık Arxivində (№903) saxlanılır.
İlyas Göçmənin şəkil dəftəri (kitab)
İlyas Göçmənin şəkil dəftəri — Səlim Babullaoğlunun şeirlər kitabı. Səlim Babullaoğlu türkiyəli fotoqraf İlyas Göçmənin albomundakı 40 şəklin (lap nağıllarda olduğu kimi!) hərəsinə bir şeir yazıb. Bu şeirlər əsla həmin şəkillərə poetik illüstrasiyalar deyil. Şeirlər bir növ şəkillərin davamıdır, kadr arxasında qalan məqamların inikası, obyektivin görə və göstərə bilmədiklərinin ifadəsidir. Vəşeirləri oxuduqdan sonra bu şəkillər tamaşaçı ilə başqa cür "danışır", tamamilə yeni semantik çalarlar qazanır, özgə bir canlılıq kəsb edir… Qələm dostlarışairin yaradıcılığından bəhs edən məqalələrində Səlimin yazı tərzinin "kinematoqrafik xarakterindən" (yada salaq ki, müasir kino sənətinin əsasında məhz fotoqrafiya dayanmışdır), "sanki ruhun şəklini çəkməsindən" söz açıb. Amma Babullaoğlunun bədii istedadının bu cəhəti ilk dəfə məhz sözügedən silsiləyə daxil olan şeirlərdə bütün tamlığı və parlaqlığı ilə üzə çıxıb… …Məhz bu tipli əsərlər nəhəng dünya ədəbiyyatı okeanına qovuşmağa gətirib çıxara bilər.
Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri
Urud və İsgəndərqalası livalarının müfəssəl dəftəri (osman. Defter-i mufassal liva-i Urut ve liva-i İskenderkalası) — Osmanlı İmperiyası hakimiyyəti dövründə İrəvan əyalətinin İsgəndərqalası və Urud livalarında gəlir mənbəələrini müəyyən etmək və vergiləri nizamlı şəkildə toplamaq məqsədilə 1593-cü ildə tərtib olunmuş özündə statistik məlumatları əks etdirən sənəd. XVI əsrin 90-cı illərində, yəni osmanlıların Zəngəzur diyarını ələ keçirdikləri dövrdə tərtib olunan dəftər Ankarada Tapu ve Kadastro Kuyum-i Kadime Arşivində saxlanılır (199, vərəq 111a-191a). Səhvən Bəyazid vilayətinin müfəssəl dəftərinə əlavə edilmiş dəftər Akif Muradverdiyev və Hüsaməddin Məmmədovun (Qaramanlı) yaxından köməkliyi ilə 2003-cü ildə Ankarada Türkiyə Dövlət Arxivindən tapılmış və əski əlifbadan Azərbaycan dilinə çevrilmişdir. Dəftər ilk dəfə 2005-ci ildə Musa Urudun Zəngəzur adlı kitabında çap olunub.